Polşa ilə Belarus danışıqlar aparır

Polşa ilə Belarus danışıqlar aparır

22 Noyabr, 14:48 Sosial mediada paylaşın:

Polşa ilə Belarus arasında miqrant böhranının həlli istiqamətində danışıqlar davam etdirilir.

Polşanın Baş naziri Mateuş Moravetskiy miqrasiya probleminin yaratdığı geosiyasi təhlükə ilə əlaqədar Avropa turnesinə çıxıb. Hökumət başçısı ilk olaraq Litva, Latviya və Estoniyaya səfər edib. Mateuş Moravetski müzakirələr zamanı Polşa-Belarus sərhədində baş verənləri son 30 ildə Avropanın destabilləşməsinə yönəldilmiş ən böyük cəhd adlandırıb. Baş nazir Vışeqrad qrupunun görüşünü də çağırıb. Sabah Budapeştdə  keçiriləcək görüşdə Polşa, Çexiya, Slovakiya və Macarıstanın nümayəndələri böhrandan çıxış yollarını müzakirə edəcəklər.

CANLI YAYIM