İrəvanda Paşinyan əleyhinə aksiyalar

İrəvanda Paşinyan əleyhinə aksiyalar

23 Noyabr, 11:18 Sosial mediada paylaşın:

Etirazların səngimədiyi Ermənistanda bu gün Baş nazir Nikol Paşinyanın əleyhdarları İrəvanda aksiya keçirəcək.

Müxalif qüvvələr etirazları davam etdirəcəklərini açıqlayıblar. Ötən gün də müxalifət üzvləri Respublika meydanına toplaşaraq Hökumətin istefası tələbi ilə aksiya keçiriblər. Aksiyaya keçmiş hərbçilər də dəstək veriblər.

Ermənistanın keçmiş prezidenti, Xocalı cəlladı Serjik Sarkisyan baş prokurorluğa çağırılaraq 3 saata yaxın dindirilib. Rüşvətdə ittiham olunan Sarkisyan qanunsuz əməlləri sübuta yetirilərsə, azı 7 il azadlıqdan məhrum oluna bilər. Kçmiş prezidentin qanunsuz əməlləri ilə bağlı bu yaxınlarda Paşinyan da parlamentdəki çıxışı zamanı istintaq araşdırmalarına başlandığını deyib.

 

CANLI YAYIM