Kəlbəcərin ucqar kəndlərinə elektrik enerjisi verildi

Kəlbəcərin ucqar kəndlərinə elektrik enerjisi verildi

23 Noyabr, 15:59 Sosial mediada paylaşın:

Kəlbəcər rayonunda hərbi hissələr elektrik enerjisi ilə təmin olunub.

Rayonun Vəng, Bağlıpəyə, Qamışlı, Çaykənd və Qılınclı kəndləri ərazisində ümumilikdə 8 ədəd Komplekt Transformator Məntəqələri quraşdırılaraq hərbi hissələrin və taborların elektrik enerjisi ilə təchizatı başa çatdırılıb.

Elektrik enerjisi təminatı başa çatdırılan hərbi hissələr üçün hava elektrik veriliş xətti çəkilib.

Kəlbəcərdə, xüsusilə rayonun yüksəklik ərazilərində kəskin hava şəraitinin davam etməsi “Azərişıq” əməkdaşlarına ciddi çətinlik yaratsa da, bütün işlər vaxtında, plana uyğun yerinə yetirilir. Kəlbəcərin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerji ilə təchizatı üçün bütün tapşırıqlar uğurla icra olunur.

CANLI YAYIM