Altı nəfər qanunsuz yollarla işğaldan azad olunmuş ərazilərə keçmək istədi

Altı nəfər qanunsuz yollarla işğaldan azad olunmuş ərazilərə keçmək istədi

23 Noyabr, 16:13 Sosial mediada paylaşın:

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə keçmək istəyən 6 nəfər saxlanılıb.

Rayon ərazisindəki nəzarət postlarından yayınaraq qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb. Məhkəmənin qərarı ilə 6 nəfərdən 5-i barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka, 1 nəfər isə sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimələnib.

CANLI YAYIM