DSX-nin hərbi helikopteri qəzaya uğradı: həlak olanlar və yaralananlar var

DSX-nin hərbi helikopteri qəzaya uğradı: həlak olanlar və yaralananlar var

30 Noyabr, 12:22 Sosial mediada paylaşın:

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

CANLI YAYIM