Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvəndlənənlərin sayı açıqlanıb

17 Yanvar, 18:40 Sosial mediada paylaşın:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir. İkinci mərhələ üzrə vaksinasiya olunan yoxdur. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 672 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 330, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 714 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 757 281 təşkil edir.

CANLI YAYIM