Şuşada Ədəbiyyat festivalı keçiriləcək

Şuşada Ədəbiyyat festivalı keçiriləcək

19 Yanvar, 13:35 Sosial mediada paylaşın:

“Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlanır”.

Bu barədə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri, Məryəm Qafarzadə AzTV-nin “Gün başladı” verilişində qonaq olarkən deyib.

Onun sözlərinə görə, təkliflər artıq toplanılıb: “Mədəniyyətin müxtəlif sahələrinə dair tədbirlər və orada təşkil ediləcək layihələrlə bağlı təkliflər artıq toplanıb, yaxın vaxtlarda tədbirlər planı təqdim olunacaq. Şuşanın tarixi ilə bağlı bədii filmlərin çəkilməsi nəzərdə tutulur. Ənənəvi olaraq “Xarıbülbül” musiqi festivalı keçiriləcək . Vaqif Poeziya Günlərinin Şuşada keçirilməsini nəzərdə tutmuşuq.

Onu da bildirim ki, bu il Xan qızı Natəvanın 190 illik yubileyi keçiriləcək və həmin bu yubiley çərçivəsində də Şuşada Ədəbiyyat festivalı keçirməyi planlaşdırırıq”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci ilin Azərbaycanda "Şuşa İli" elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

CANLI YAYIM