Türk Ağsaqqalları Birliyi Şəhidlər xiyabanında

Türk Ağsaqqalları Birliyi Şəhidlər xiyabanında

19 Yanvar, 16:18 Sosial mediada paylaşın:

Bu gün Türk Ağsaqqalları Birliyi – TAİB-in təmsilçiləri 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Türk Ağsaqqalları Birliyinin təmsilçiləri daha sonra Türk şəhidliyini ziyarət ediblər.  Qurumun üzvləri abidənin üzərinə tər çiçəklər düzüb, 1918-ci ildə erməni terror birləşmələrinə qarşı mübarizədə Azərbaycan əsgərləri ilə yanaşı canlarını qurban vermiş qəhrəman türk əsgərlərini  ehtiramla yad edərək onların ruhuna dualar oxuyublar.

CANLI YAYIM