Azərbaycan Ağsaqqallar Şurasının üzvləri şəhidlərin xatirəsini yad ediblər

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri şəhidlərin xatirəsini yad ediblər

19 Yanvar, 16:24 Sosial mediada paylaşın:

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Qurum rəsmiləri ölkəmizin azadlığı, xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.  

Ziyarət zamanı bu tarixin Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də xalqımızın qətiyyətli iradəsinin, sarsılmaz vətənpərvərliyinin bariz göstəricisi olduğu vurğulanıb. Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev bu hadisəyə Ulu Öndər Heydər Əliyevin Moskvada göstərdiyi ciddi etirazdan bəhs edib və ilk dəfə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə Ümummili liderin təşəbbüsü ilə hüquqi-siyasi qiymətin verildiyini vurğulayıb.

CANLI YAYIM