Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,93 dollar artaraq 92,49 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il oktyabrın 9-da 92 dollardan baha (92,84) satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti yanvarın 19-da (90,56) qeydə alınmışdı.