İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldıldı

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldıldı

21 Yanvar, 13:42 Sosial mediada paylaşın:

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb.

Tələb edilən staj müddəti 6 ay azaldılaraq 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib. Yəni  sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən ödəniş almaq hüququ yaranacaq. Bunlar “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklikdə əksini tapıb.

Sözügedən ödəniş 3 halda ödənilir:

- İşəgötürən ləğv edildikdə;

- Ştat ixtisar edildikdə;

- Müddətli əmək müqaviləsinin müddəti bitdikdə.

İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir. Son bir ildə 3,7 min nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

CANLI YAYIM