“Yolumuzqarabaga.az” portalı istifadəyə verildi

“Yolumuzqarabaga.az” portalı istifadəyə verildi

21 Yanvar, 14:48 Sosial mediada paylaşın:

Bu gündən Qarabağa təşkil edilən müntəzəm marşrut avtobusları ilə Şuşa və Ağdama səfər edəcək şəxslərin bilet alması üçün yaradılan "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib.

Portalda vətəndaşlara 3 müxtəlif məkandan çıxış imkanı təqdim edilib.

Belə ki, yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər.

Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb.

Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərə isə həftədə 2 dəfə reys olacaq.

Bakı-Şuşa üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam biletinin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa biletinin qiyməti 7 manat, Bərdə-Ağdam üzrə biletin qiyməti 5 manat müəyyən edilib.

Bundan əlavə Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beyəlxalq Hava Limanı üzrə səfərlər də nəzərdə tutulub. Füzuli Beynəlxalq Hava Limanı işləmədiyi üçün hələlik həmin istiqmaətdə reyslər aktiv deyil.

Bu istiqamətdə isə bir istiqamətə biletin qiyməti 6 manat olacaq.

Qeyd edək ki, müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.

CANLI YAYIM