İmplantoloqlar mürəkkəb kliniki situasiyalar və onlarin həlli yolunu müzakirə ediblər

İmplantoloqlar mürəkkəb kliniki situasiyalar və onlarin həlli yolunu müzakirə ediblər

3 Noyabr, 14:19 Sosial mediada paylaşın:

Son illər ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri də implantologiyadır. 

AZTV.AZ xəbər verir ki, Bakıda keçirilən “İmplantologiyada mürəkkəb kliniki situasiyalar və onlarin həlli yolu” adlı konfransda bu barədə məlumat verilib. Eyni zamanda tədbirdə estetik stomatologiya, ağız boşluğu xəstəliklərinin profilaktikasında əldə olunan nailiyyətlərdən də danışılıb. 

Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev implantologiyanı dünya stomatologiyasının ən böyük nailiyyətlərindən biri kimi səciyyələndirib. O, bildirib ki, bu sahə çox perspektivli olmaqla bərabər, həm də yüksək peşəkarlıq tələb edir.

Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasının əməkdaşı Sahib Bilalzadə konfransın stomatoloqlar üçün çox əhəmiyyətli olacağını vurğulayıb. Onun sözlərinə görə Avropa ölkələrindən dəvət olunmuş mütəxəssislər həkimlərimizlə öz təəccrübələrini bölüşəcək və diş texniklərimiz üçün xüsusi təlimlər keçəcəklər.

Litvalı implantoloq, həkim Daynos Karpavicos isə implantologiya sahəsinin böyük addımlarla irəlilədiyini, belə görüşlərin keçirilməsinin əhəmiyyətini və bunun implantologiyanın daha da inkişaf etməsinə təkan verəcəyini vurğulayıb.

CANLI YAYIM