Azərbaycan Milli Olimpiya Komitəsinin iclası keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin iclası keçirilib

29 Aprel, 13:15 Sosial mediada paylaşın:

Aprelin 29-da Azərbaycan Milli Olimpiya Komitəsinin  vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərliyi ilə komitənin iclası keçirilib. İclasda karantin dövründə MOK-un həyata keçirdiyi işlər və planlaşdırılan məsələlərə dair fikir mübadiləsi aparılıb.

Komitədən verilən məlumata görə, müzakirələr zamanı qeyd olunub ki, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq, Tokioda Olimpiya Oyunlarında iştirak üçün hazırlığın ən yüksək pilləsinə çatmış idmançılarımızın formada qalmaları məqsədilə ilkin mərhələdə onlara ev şəraitində məşqləri davam etdirmək tövsiyə olunub və tezliklə atletlərimizin səhhətinin yoxlanılaraq nəzarət altında təlim-məşq toplantılarının davam etdirilməsi üzərində iş aparılıb. Karantin dövründə MOK tərəfindən idmançılarımızın psixoloji vəziyyətləri və ruh yüksəkliyinin saxlanması istiqamətində atılan bir sıra addımlar da nəzərdən keçirilib.

Karantin dövründə MOK-un fəaliyyəti, xüsusilə "Tokyo-2020" Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar ümumi müzakirə aparılıb. Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin karantin və postkarantin dövrü üçün tövsiyə və təlimatları ətrafında danışılaraq qarşıda duran məsələlərlə bağlı tapşırıqlar verilib.

CANLI YAYIM