UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandası sentyabrın 16-da Bakıya gəlib.
İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, saat 18:30-da isə “Qalatasaray”ın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq məşqi keçiriləcək.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” matçı saat 20:00-da başlayacaq.