Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Legiya” (Polşa) -“Qarabağ” oyunu Ağdam təmsilçisinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kvabena Ovusunun ötürməsini Patrik Andrade baxımlı qolla tamamlayıb. On iki dəqiqə sonra Ağdam təmsilçisinin müdafiəçisi Abdullah Zubir komandasının ikinci topunu “Legiya”nın qapısından keçirib. Qarşılaşmanın 70-ci dəqiqəsində Filip Ozobiç hesab arasındakı fərqi artırıb – 0:3.
Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.