aztv-banner
PUBLİSİSTİK

PEŞƏKARLAR

Dünya şöhrətli Nizami Gəncəvi hələ XII əsrdə yazırdı:
"Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan".
İnsan övladının hansı peşə, hansı sənətlə məşğul olması şərt deyil. Şərt, gördüyü işin peşakarlığıdır. Necə deyərlər musiqiçi, aktyor, rəssam, rejissor, tarixçi, həkim, müəllim fərq etməz. Əsas amil bir daha qeyd etmək lazımdır ki, öz işinin ustası, peşakarı olmaqdır.
Televiziyanın tanınmış aparıcısı, öz işinin peşakarı, təcrüsbəsiylə illərin sınağından çıxmış Dilarə Səlim tamaşaçılara təqdim etdiyi "PEŞAKARLAR" verilişində müxtəlif peşə, sənət nümayəndələrini verilişə dəvət edir, onlarla maraqlı diskussiyalar aparır.
İnformasiya proqramları Baş Studiyasında hazırlanan bu verilişin əsas məqsədlərindən biri də qədim mədəniyyət nümunələrimizi, milli-mənəvi dəyərlərimizi, genetik yaddaşımızdan süzülüb gələnləri, adət-ənənələrimizi yaşadan, onları bu günümüzə çatdıran bir çox əvəzsiz insanları, onların davamçıları olan yeni nəsli nümayəndələrini Azərbaycan tamaşaçılarına çatdırmaqdır.

21:30 / Cümə

CANLI YAYIM