aztv-banner

Filmdə Xocavənd rayonunun Tuğ kəndindən erməni işğalçıları tərəfindən zorla çıxarılan Qaraşovlar ailəsi 29 il 7 ay sonra kəndlərinə qayıtmasından bəhs olunur. İllər sonra doğma kəndinə dönən ailə üzvləri əvvəlcə Tuğun tarixi-dini məkanlarına baş çəkib, xatirələrini bölüşüblər. Daha sonra məcburi tərk etdikləri evlərinə yollanıblar. Onların hissləri filmdə anbaan əks olunub, fikirlərinə yer verilib.
Qaraşovlar ailəsi kəndlərinə qayıda bildikləri üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkürünü bildiriblər. Filmdə Tuğ kəndinin təbiətindən də bəhs olunub.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, redaktoru Yusif Şeyxovdur.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM