aztv-banner

Film Azərbaycanın koronavirusla mübarizədə dünyaya nümunə olan işləri ilə bağlı hazırlanıb.
Filmdə koronavirusla effektiv mübarizədə Azərbaycan təcrübəsindən danışılır.
Qeyd olunur ki, Prezident İlham Əliyev koronavirusla mübarizə ilə bağlı göstərişlər verdi və dərhal onların icrasına başlanıldı. Ölkədə müəyyən qapanmalar və məhdudiyyətlərin tətbiqi də filmdə yer alıb.
Filmdə bir çox ölkələrdə xəstəxanalarda virusa yoluxmuş şəxslərə yer tapılmadığı halda Azərbaycanda atılmış preventiv addımlara diqqət çəkilir. Bildirilir ki, ölkədə yeni xəstəxanalar istifadəyə verilib.
Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayevadır.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM