QƏTL PLANI
PUBLİSİSTİK

QƏTL PLANI

Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya olmuşdur. Bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diqtəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalmışdır.
Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı və İlqar Musayevin təqdimatında efirə gedən "QƏTL PLANI" verilişində həmin dövrün mövcud quruluşunu qəbul etməyən, öz “yoldaşlarının” donosları əsasında həbs olunan, əsərlərində sosialist cəmiyyətini tənqid edən, repressiyaya uğrayanlar haqqında qəzet və jurnallarda məqalə yazan, yaxud da ayrı-ayrı fikir söyləyən xalqın ən istedadlı ziyalılarından söhbət açılır.
Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir
Ötən əsrdə Azərbaycanda baş verən repressiya qurbanlarının, günahsız öldürülənlərin, ölüm növbəsini gözləyənlərin həyatından, müxtəlif sui-qəsdlərin, qapalı cinayətlərin təşkilindəndən bəhs edən bu veriliş tamaşaçılar tərəfindən maraqla izlənilir...

21:30 / Cümə axşamı

CANLI YAYIM