ASAN HƏYAT
MAARİFÇİ

ASAN HƏYAT

Verilişdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzlərinin göstərdiyi xidmətlərdən, eyni zamanda, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərdən və vətəndaşlara elektron xidmətlərin göstərilməsi qaydalarından söhbət açılır.
Tamaşaçıya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanları ilə informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran əsas vəzifələr barədə daha ətraflı məlumat verilir. Eyni zamanda, tamaşaçı veriliş boyunca "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər - şəxsiyyət vəsiqələrinin alınması, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə yanaşı 300-dən çox müxtəlif xidmət haqqında məlumatları ekran başından izləyə bilir.
Vətəndaşların maarifləndirilməsi məqsədilə hazırlanan və ASAN Radionun rəhbəri Emin Musavinin təqdimatı ilə efirə gedən "ASAN HƏYAT" verilişi müxtəlif sahələrdə yaradılan bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırmaq üçün əhəmiyyətli rol oynayır.

19:30 / Şənbə

CANLI YAYIM