AZTV QLOBAL
İCTİMAİ-SİYASİ

AZTV QLOBAL

İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "AZTV QLOBAL" proqramı əsasən, Beynəlxalq aləmdə baş verən ən mühüm hadisələri müzakirəyə çıxarır. Verilişə siyasi ekspertlərin dəvət olunması da məhz bu zərurətdən yaranıb.
Verilişdə siyasət adamları aparıcı Tofiq Abbasovla birlikdə dünyada baş verən qlobal proseslərə, beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına münasibət bildirir. Eyni zamanda, verilişdə mühüm geosiyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə baş verən hadisələr fonunda milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunu formalaşdırması və həyata keçirməsi ən vacib məsələ kimi ön plana çəkilir.
Dünya ölkələrini Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və qorunması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq istiqamətində görülən işlər də verilişin müzakirə mövzularındandır...

22:00 / Şənbə

CANLI YAYIM