TÜRK DÜNYASI
PUBLİSİSTİK

TÜRK DÜNYASI

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "TÜRK DÜNYASI" verilişində türkdilli xalqların mədəniyyəti, tarixi, folklor və etnoqrafiyası, mətbəxi, adət-ənənələri barədə geniş bilgilər verilir. Azərbaycan Televiziyasının təşəbbüsü ilə türkdilli dövlətlər ortaq layihəyə imza atması zərurətindən yaranan bu veriliş türkdilli xalqlarla ortaq bağlılığımızı ifadə edir.
Həftədə bir dəfə yayımlanan verilişdə materiallar hər bir xalqın öz dilində təqdim olunur. Azərbaycan tamaşaçılarının tam başa düşməsi üçün veriliş alt yazı ilə efirə gedir.
Azərbaycanın türkdilli ölkələrlə sıx əməkdaşlığı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşündə dövlət başçılarının qaldırdığı təşəbbüsə cavab olaraq yaradılan layihənin təşəbbüskarı AzTV olsa da, verilişin bütün türkdilli ölkələrin TV kanallarında nümayüş olunması planlaşdırılır.

21:00 / Cümə

CANLI YAYIM