7-ci GÜN
ƏYLƏNCƏ

7-ci GÜN

Həftənin "7-ci GÜN"ü... Hamı bu gün şəhərin səsli-küylü, başgücəlləndirən, tozlu, tüstülü həyatından qaçmaq, daha uzaqlara getmək istəyir. Elə bir yerə ki, orada nə səs-küy olsun, nə televizor, nə radio, nə də telefon... Həmin yerdə insan öz xəyalları ilə baş-başa qalmaq istəyir...
Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "7-ci GÜN" proqramı da bunları nəzərə alıb, hər həftəsonu qonaqlarını təbiət qoynunda qarşılamağı planlaşdırıb.
Vüsal Hacı Qədirin təqdimatında efirə gedən verilişdə tamaşaçıların zövqünü oxşamaq üçün qonaqlara verilən sualların maraqlı olması ilə bərabər, məkanın gözəl olması da əsas şərtlərdəndir. Bu halda tamaşaçı təbiət qoynunda aparılan söhbətdən, təbiətdən, elə verilişin özündən də zövq alır...

12:30 / Bazar

CANLI YAYIM