YAYLIM ATƏŞİ
MAARİFÇİ

YAYLIM ATƏŞİ

Azərbaycanlılara qarşı zaman-zaman törədilən ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək missiyasını üzərinə götürən "YAYLIM ATƏŞİ" verilişi Hərbi vətənpərvərlik proqramları Baş Redaksiyasınının növbəti layihəsidir.
“Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən, təcavüz siyasəti yeridən, əsrlər boyu vəhşilik, soyqırımı törətdikləri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməyə çalışan ermənilərin xisləti verilişin əsas süjet xəttini təşkil edir. Eyni zamanda, verilişdə ermənilərin onilliklər boyu müntəzəm surətdə xalqımızın tarixini kobud surətdə saxtalaşdırması, mədəniyyətimizi, toponimlərimizi özününküləşdirməsi haqqında əsaslı dəlillər tamaşaçıya çatdırılır.
Redaksiya Erməni millətçilərinin məqsədyönlü soyqırımı və deportasiya siyasəti nəticəsində azərbaycanlıların öz əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirməsi, XX əsrin sonunda isə erməni işğalçılarının Dağlıq Qarabağı və ətraf yeddi rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Gəbrayılı zəbt etməsi, Xocalı soyqrımı törətməsi, ümumiyyətlə, soydaşlarımızın dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən etnik təmizləməyə və deportasiyaya məruz qalması haqqında buraxılışlar hazırlamağı və tamaşaçılara təqdim etmyi nəzərdə tutur.

12:30 / Cümə

CANLI YAYIM