EKOETİKA
MAARİFÇİ

EKOETİKA

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.
Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap olunur. Hətta, televiziya, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.
Orxan Cabbarlının təqdimatında efirə gedən "EKOETİKA" verilişi də məhz bu səbəbdən yaradılmışdır. Verilişdə Azərbaycan təbiətinin ekoloji durumundan, dövlət qoruqlarının - göllərin, meşələrin, düzənliklərin vəziyyətdən, burada yaşayan heyvanların, quşların, balıqların yaşam tərzindən söhbət açılır, təbiətlə etik davranmanın qaydaları izzah olunur. Eyni zamanda təbiətlə bağlı bütün sualların cavabını da bu verilişdə tapmaq mümkündür. Ekologiyanın qorunması istiqamətində aparılan söhbətlər, mütəxəssis fikirləri verilişin əsas mövzusunu təşkil edir.

18:30 / Şənbə

CANLI YAYIM