ƏSLİNDƏ BİZ
PUBLİSİSTİK

ƏSLİNDƏ BİZ

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı verilişlərdən biri də "ƏSLİNDƏ BİZ"dir. Verilişdə əsirlərdir nəsildən-nəsilə ötürülən milli və mənəvi dəyərlərimizin qorunmasından və təbliğindən söhbət açılır. Bu dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək üçün verilişdə səhnələşdirilmiş epizodlara üstünlük verilir.
Redaksiyanın yaradıcı kollektivi keçmiş zamanlarda bölgələrdə, əsasən də Bakı kəndlərində baş verən hadisələri səhnələşdirməklə, keçmişdən bugünümüzə sanki bir işıq salırlar.
"Bakı kəndlərindən biri... Bir məhlənin uşağı digər məhlədən keçərkən qoçulardan biri onu öldürmək istəyir. Uşağın yaşadığı məhlənin qoçusu isə bu hadisəni eşidir və uşağı müdafiə etmək üçün tez özünü çatdırır, onu öldürməyə qoymur" və ya "Bir xeyriyyəçinin imkansızlara necə kömək etməsi..." kimi məssələlər verilişdə aktyorların canlandırdığı obrazlarla tamaşaçılara çatdırılır.
Bu kimi hadisələrdən örnək götürən yeni nəslin maariflənməsi üçün belə verilişlərin müstəsna rolu var.

21:40 / Çərşənbə

CANLI YAYIM