ƏSRLƏR, NƏSİLLƏR
MAARİFÇİ

ƏSRLƏR, NƏSİLLƏR

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı "ƏSRLƏR, NƏSİLLƏR" verilişinin əsas məqsədi gənc nəsli müxtəlif sahələr üzrə maarifləndirmək və Azərbaycanı tanıtmaqdır. Ötən əsrlərə baxış, eyni zamanda əsrlərdən bəri gələn dəyərlər və bu dəyərlərin indiki dövrümüzə tətbiqi verilişin əsas süjet xəttini təşkil edir.
Fuad Axundovun təqdimatında efirə gedən verilişin əsas məqsədlərindən biri də Azərbaycanı dünyada tanıtmaqdır. Elə bu səbəbdən də veriliş alt yazılarını azərbaycan dilində təqdim etməklə rus dilində hazırlanır. Verilişdə Azərbaycanın ən ucqar guşələrində yaşayan xalqlardan, onların adət ənənlərindən, dilindən, mədəniyyətindən, yetişdirdiyi tanınmış simalardan da söhbət açılır. Belə xalqları tanımaq, onların adət-ənənələri ilə tanış olmaq və onları dünyada tanıtmaq verilişi ərsəyə gətirən komandanın ən ümdə vəzifəsidir.

21:30 / Şənbə

CANLI YAYIM