PEŞƏKARLAR
PUBLİSİSTİK

PEŞƏKARLAR

İstər musiqiçi, aktyor, rəssam, rejissor, tarixçi, həkim, istərsə də müəllim ol, fərq etməz. Yetər ki, öz işinin ustası, peşəkarı olasan. Peşəkarlar bu gün cəmiyyətin bütün sahələrində öz sözünü deyir.
İnformasiya proqramları Baş Studiyasında hazırlanan "PEŞƏKARLAR" verilişində öz sahəsinin peşəkarı olan qonaqlarla söhbət aparılır və onların yaradıcılığında, həyatında baş verən ən maraqlı hadisələrə toxunulur. Dilarə Səlimin təqdimatında efirə gedən bu verilişdə dahi sənətkarlar, istedadlar diyarı olan Azərbaycanın tanınmış simalarından söhbət açılır. Azərbaycan bütün dövrlərdə öz layiqli musiqiçiləri, aktyorları, rəssamları, rejissorları, tarixçiləri, həkimləri, müəllimləri və digər sahənin peşəkarları ilə fəxr edib. Xalqımızın qədim mədəniyyətini, milli-mədəni genetik yaddaşını, adət-ənənələrini bu günümüzə çatdıran bir çox əvəzsiz insanlardan bəhs edən verilişin əsas məqsədi onların davamçıları olan yeni nəsli maarifləndirməkdən ibarətdir.

21:30 / Cümə

CANLI YAYIM