ƏN DOĞRUSU
ƏYLƏNCƏ

ƏN DOĞRUSU

Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı çoxsaylı proqramlardan biri də "ƏN DOĞRUSU" verilişidir. Aparıcı Aydan Axundovanın təqdimatında efirə gedən bu verilişin tamaşaçı auditoriyası daha genişdir. Verilişə dəvət olunan qonaqlar əsasən incəsənət sahəsini təmsil edən insanlardır.
Veriliş boyunca dəvət olunan qonaqlarla müxtəlif sahələr üzrə söhbətlər aparılır, onların yaradıçılığı, eyni zamanda Azərbaycan mədəniyyətini dünyada və ölkəmizdə necə təbliğ etmələri ön plana çəkilir.
Düzü-düz, əyrini-əyri deyən qonaqlar verilişin daha da maraqlı keçməsi üçün ən çox tamaşaçıların maraq dairəsində olan sualları doğru-dürüst cavablandırırlar.
Musiqi ilə müşaiyyət olunan bu veriliş tamaşaçılarda xoş ovqat yaradır.

10:30 / Bazar

CANLI YAYIM