SMG - SOSİAL MEDİA GÜNDƏMİ
İNTELLEKTUAL

SMG - SOSİAL MEDİA GÜNDƏMİ

Dünyada üç milyard insan, yəni yerin ümumi əhalisinin 40 faizi sosial media istifadəçisidir. Araşdırmalar, gündə orta hesabla iki saatımızı sosial mediada keçirdiyimizi göstərir. Bu, hər dəqiqədə yarım milyon tweet və Snapchat şəkili paylaşmaq mənasına gəlir.
Sosial medianın həyatımızda mühüm bir yeri var. "SMG - SOSİAL MEDİA GÜNDƏMİ" verilişi də məhz bu səbəbdən yaranıb.
Verilişində Sosial Media platformalarında gedən yazıların, fotoların, videoçəkilişlərin təhlilinə və baş verən hadisələrin ictimaiyyət arasında yaratdığı rezonansa da xüsusi diqqət yetirilir. Eyni zamanda, tamaşaçıları maraqlandıran "Facebook, Twitter, Instagram-ın ruhi sağlamlığa təsirləri? Sosial medianın əqli sağlamlığa təsirləri ilə bağlı elmi araşdırmalar nə deyir? Sosial media naminə zamanımızla yanaşı, ruhi sağlamlığımızı da fəda edirikmi?" kimi sualların cavabını da bu verilişdə tapmaq mümkündür.

18:30 / Həftəiçi

CANLI YAYIM