Bakı vaxtı : 
Cəmiyyət

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi təsdiq edilib

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ni təsdiq edib. Sənədə əsasən mülkiyyət formasına görə dövlət ümumtəhsil məktəbləri ilə yanaşı, bələdiyyə və özəl ümumtəhsil məktəbləri də təşkil edilə bilər. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun maddəsinə uyğun olaraq hazırlanan nizamnamə respublika ərazisində yerləşən bütün ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyir. Sənədə əsasən Dövlət ümumtəhsil məktəblərində təhsil pulsuzdur. Ümumtəhsil məktəbində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Məktəblərdə təhsil alanların geyim forması isə  hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunmalıdır. Sənəddə tədris dili də xüsusi yer alır. Belə ki, Tədris dili dövlət dili - Azərbaycan dili olsa da vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq Azərbaycan dili, Azərbaycan  ədəbiyyatı,  tarixi,  coğrafiyası fənləri tədris olunmaq şərtilə tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Sənəddə yer alan ümumtəhsil məktəbinin strukturuna görə Ümumtəhsil məktəbi ibtidai, ümumi orta, və tam orta təhsil səviyyələrini əhatə edir. Ucqar kənd yerlərində isə  şagirdlərin sayından asılı olmayaraq ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol verilir. Sənəddə həmçinin qeyd olunub ki, hər il sentyabrda 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqların məktəb təliminə psixoloji cəhətdən hazır olmalarını təmin etmək, habelə azsaylı xalqların uşaqlarının tədris dili ilə bağlı çətinliklərini aradan qaldırmaq məqsədilə ümumtəhsil məktəblərində hazırlıq sinifləri açıla bilər. Sənəddə rəhbərlik, təhsilin təşkili, təhsil alanların və  təhsil verənlərin  hüquq və vəzifələri  məsələləri də  əksini tapıb.

 

 


 

Axtarış
Hava haqqında
Bakı (27-07-2014) :
Aydın Gecə : +27 | Gündüz: +32
Məzənnələr
Dollar:
Alış: 0.7835 | Satış: 0.7852

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir