Cəmiyyət

Bakıda insan kapitalı forumu keçirilir

19-12-2018 | 15:15        

  

Bakıda insan kapitalı forumu keçirilir. Dünya Bankının dəstəyi ilə reallaşan tədbirdə Azərbaycanın bu sahədəki uğurları müzakirə edilir.

İnsan kapitalının inkişafı dayanıqlı inkişafa əsaslanır. Dünya iqtisadiyyatında əsas diqqət də fiziki kapitaldan insan kapitalına yönəlməkdədir. Statistik məlumata əsasən, artıq insan kapitalının inkişafı dünya iqtisadiyyatında 70 fazidən çox paya malikdir. Dünya Bankının Bakıda təşkil etdiyi insan kapitalı forumu da məhz sözügedən məsələyə həsr olunub.

“Azərbaycanda ÜDM 3, 5%-dən yuxarıdır və 1 milyon 600 min daimi iş yerləri açılıb” deyən Əmək və Əhalinin sosial müdafizəsi naziri Sahil Babayev Azərbaycanın son illər inkişaf tempinə görə, dünyanın ən qabaqcıl ölkələri sırasında olduğunu vurğuladı. Bildirdi ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə səmərəli sosial sistem qurulub. Nazir 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə DOST agentliyini yaradıldığını, eləcə də məşğulluq strategiyasının növbəti 10 il üçün əsas istiqamətlərinin müəyyən edildiyini bildirdi.

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təhsil sahəsindəki irəlləyişlərə toxundu, bu istiqamətdə  Azərbaycan qadının  əks cinslə eyni  səviyyədə olduğunu vurğuladı. Onların aktiv şəkildə sosial-iqtisadi inkişafa cəlb edilməsinin vacibliyi vurğulandı.

Avropa İttifaqının Azərbaycandakı nümayənəliyinin rəhbəri Kestutis Jankauskas, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Dünya Bankının meneceri Cem Mete və digərləri Azərbaycanın son 10 ildə böyük irəlləyişlər əldə etdiyini dedilər.