Cəmiyyət

Elektron səhiyyə portalı yenilənib

01-03-2011 | 16:37        

  

«Elektron Səhiyyə» internet portalının yenilənmiş versiyası istifadəyə verilib. Saytda tibbi müəssisələrə müraciət etmək istəyən vətəndaşların geniş məlumatlandırılması üçün tibb müəssisələrinə getmədən lazımlı məlumat əldə etmək imkanı yaradılıb.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən yenilənən Portalda Respublikamızda və dünyada səhiyyə sahəsində “e-Səhiyyə” yenilikləri barədə geniş məlumat verilir. Həmçinin burada Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən layihələr haqqında informasiya və elektron xidmətlər fəaliyyət göstərir. Təqdim olunan xidmətlərdən “Elektron Sağlamlığı Kart”larının sahibləri, poliklinikalarda qeydiyyatda olan uşaqların valideynləri, dövlət tərəfindən dərman preparatları alan imtiyazlı şəxslər, “Tibbi Müayinə Kartı” sahibi olan şəxslər, tibbi müayinədən keçən işçi heyəti olan dövlət və özəl müəssisələrin rəhbərləri istifadə edə bilər. Bunun üçün portalda qeydiyyatdan keçərək elektron kartlarda və müvafiq informasiya sistemlərində yer alan məlumatları tibb müəssisələrinə getmədən əldə etmək imkanı yaradılıb. Eyni zamanda saytda  təklif və şikayətlər üçün qaynar xətt də yerləşdirilib.

 


 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (25.02.2017) :
Azbuludlu Gecə : +4+6 | Gündüz: +13+15
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.735 | Satış: 1.85

Rubl:
Alış: 0.0289 | Satış: 0.0307

Avro:
Alış: 1.8057 | Satış: 1.9532
AzTV TƏQDİM EDİR