image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
MƏDƏNİYYƏT

Qarsda Aşıq Ələsgərin xatirəsinə həsr edilmiş konsert olub

09.05.2026, 05:34

 

“Azərbaycandan Qarsa: sazın-sözün körpüsü” adlı konsert proqramı Göyçə mahalında yaşayıb-yaratmış el şairinin vəfatının 100-cü ildönümünə həsr olunub.

Qars Mədəniyyət İdarəsinin binasında təşkil olunan konsertin təşkilatçıları Qars Azərbaycan İş Adamları Dərnəyi və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) olub. Tədbirə ölkəmizin Qarsdakı baş konsulluğu dəstək göstərib.

Proqramın aparıcıları Aşıq Ələsgərin yaradıcılıq irsinin bütün Türk dünyası üçün əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, onun əsərləri əsrlər keçməsinə baxmayaraq yaşayır və sevilir.

Aşıqlar Tural Bağırovun, Əfqan Şamilovun, Zülfiyyə İbadovanın, balaban ifaçısı Asiman İsmayılovun və digər sənətçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV