image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
MƏDƏNİYYƏT

Azərbaycan milli musiqisinin inciləri beynəlxalq auditoriyaya təqdim olunacaq

11.05.2026, 11:36

 

Konsertə ansamblın direktor-baş dirijoru Mustafa Aşurov rəhbərlik edəcək.

Konsertin baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliadır.

Proqramda Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri təqdim olunacaq.

Səhnədə Əməkdar artist Almaz Orucova, ifaçılar Vəfa Vəzirova, Rəvanə Qurbanova, Nurlan Əzizbəyli, Nurlana Abdullayeva və rəqqasə Nigar Mirzəyeva çıxış edəcəklər.

Konsertin məqsədi Azərbaycan milli musiqi və rəqs sənətinin zəngin irsini beynəlxalq auditoriyaya təqdim etmək, ölkənin mədəni dəyərlərini təbliğ etmək və Ümumdünya Şəhərsalma Forumu çərçivəsində mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV