image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
MƏDƏNİYYƏT

Ağdamda “Türk Dünyası Həftəsi” çərçivəsində “İblis” tamaşası nümayiş olunub

02.07.2026, 08:56

 

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Əhmədli, İblis obrazının ifaçısı isə Əməkdar artist Səbinə Hacıyevadır.

Səhnə əsərində, həmçinin Nurlan Rüstəmov, Elxan Şahaliyev, Elmin Qiyaslı, Cavad Nuriyev, Hüseyn İsmayılov, Solmaz Bədəlova, Nuridə Musabəyli və Jalə Novruzova çıxış ediblər.

Hüseyn Cavidin “İblis” fəlsəfi dramının motivləri əsasında hazırlanan tamaşada hadisələr müharibələrin, zorakılığın və səfalətin tüğyan etdiyi bir dövrdə cərəyan edir. Səhnə əsəri insanların öz çirkin əməllərinə bəraət qazandırmaq üçün bir başçı təyin edib, bütün günahları onun üzərinə atmaq cəhdlərindən bəhs edir. Münaqişə də məhz ondan başlayır ki, bu dəfə seçdikləri rəhbər onların əlində alətə çevrilmək istəmir. Sona qədər davam edən bu mübarizədə çoxluq qalib gəlir.

Tamaşada əks olunan hadisələr bütün zamanlar və xalqlar üçün aktualdır. Səhnə əsərində insanlıq və iblis arasındakı bitməyən bəşəri, əbədi mübarizə plastik bədən dili ilə canlandırılıb. Tamaşanın vizual və plastik həllində dünya incəsənətinin görkəmli nümayəndələri — Fransisko Qoya, Mikelancelo, Ogüst Rodin və digər sənətkarların şah əsərlərindən istifadə olunması səhnəyə xüsusi bədii-estetik çalarlar əlavə edib.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV