image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
SİYASƏT

Qərbi Azərbaycan İcması ilin ilk altı ayında görülən işlərin hesabatını verib

03.07.2026, 17:25

 

Bu barədə İcmadan məlumat verilib.

Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov hesabat dövründə görülmüş işlərin əhəmiyyətindən bəhs edib. O, Komissiyanın fəaliyyətinin şəffaflıq, səmərəlilik və institusional inkişaf prinsipləri əsasında davam etdirildiyini bildirib.

V.Novruzov qeyd edib ki, Nəzarət-Təftiş Komissiyasının əsas məqsədi İcmanın fəaliyyət istiqamətləri üzrə həyata keçirilən işlərin sistemli şəkildə qiymətləndirilməsinə, hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsinə və gələcək fəaliyyətin daha səmərəli təşkilinə töhfə verməkdir. O vurğulayıb ki, qarşıdakı dövrdə də fəaliyyətin keyfiyyətinin artırılması və yeni təşəbbüslərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

Nəzarət-Təftiş Komissiyasının üzvü Afiqə Bayramova hesabatla bağlı geniş məlumat təqdim edib. O, ilk yarımillik ərzində görülən işlər, həyata keçirilmiş fəaliyyət istiqamətləri və əldə olunan nəticələr barədə ətraflı danışıb, eyni zamanda, qarşıdakı dövr üçün nəzərdə tutulan yeni təşəbbüs və təkliflər barədə məlumat verib.

İclasda qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində fikir və təkliflər səsləndirilib, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının ikinci yarımil üzrə fəaliyyət planında nəzərdə tutulmuş işlərin konkret icraçılar üzrə bölgüsü təsbit edilib. Eyni zamanda, 2026-cı ilin ilk yarımilliyinə dair hesabatı iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV