image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
CƏMİYYƏT

Kiberdələduzluğun yeni üsulları - DİN çağırış edir

28.08.2026, 10:39

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) çağırışında qeyd olunub.

Bildirilib ki, banklar və digər dövlət və ya özəl qurumların əməkdaşları vətəndaşlardan şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.

Həmin məlumatlar heç bir halda başqa şəxslərlə paylaşılmamalıdır. Məlumatların ələ keçirilməsi kart sahibinin xəbəri və razılığı olmadan maliyyə əməliyyatlarının aparılmasına və pul vəsaitlərinin mənimsənilməsinə səbəb ola bilər.

Vətəndaşlara tövsiyə olunur ki, bank kartı və hesablarına dair məxfi məlumatları heç kimlə paylaşmasınlar, tanımadıqları şəxslərdən göndərilən linklərə daxil olmasınlar, şübhəli internet səhifələrində kart məlumatlarını daxil etməsinlər; “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olsunlar, bank əməkdaşı olduğunu bildirən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını təqdim etməsinlər.

DİN vətəndaşları şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyinə ciddi yanaşmağa çağırır.

Kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdığınız zaman “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərsiniz.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV