DÜNYA
Türkiyə və ABŞ arasında nüvə texnologiyaları üzrə qrant müqaviləsi imzalanıb
22.09.2026, 16:47
“Anadolu” agentliyinin məlumatına görə, A. Bayraktar “X” sosial media platformasındakı paylaşımında müqavilənin Türkiyəyə yeni nəsil nüvə texnologiyalarının texniki, iqtisadi və tənzimləyici imkanlarını hərtərəfli qiymətləndirməyə imkan verəcəyini bildirib.
O əlavə edib: “2053-cü ilə qədər xalis sıfır emissiya və tam enerji müstəqilliyi hədəflərinə uyğun olaraq, enerji mənbələrini şaxələndirməyə sadiqik. Genişmiqyaslı atom elektrik stansiyaları layihələrinə əlavə olaraq, ölkəmizin ehtiyaclarına ən uyğun alternativləri diqqətlə araşdıraraq möhkəm və müasir enerji infrastrukturu qurmaq əzmindəyik”.



TV