image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
DÜNYA

Azərbaycan Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katiblik iclasında təmsil olunur

07.10.2026, 11:36

 

İclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə iştirak edir.

Sülh və Razılıq Sarayında keçirilən tədbir Qazaxıstanın vitse-prezidenti, Qurultay Katibliyinin sədri Yerlan Karinin rəhbərliyi ilə baş tutur. Tədbirdə 20 ölkədən dünya və ənənəvi dinlərin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, dövlət xadimləri və ekspertlər iştirak edirlər.

Gündəliyin əsas məsələsi iki beynəlxalq sənədin - “Dini sahədə süni intellektdən istifadənin etik kodeksi” və “İqlim dəyişikliyi ilə mübarizədə dinlərin rolu” sənədlərinin müzakirəsi və qəbuludur. Onların hazırlanması Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Dünya və Ənənəvi Din Liderlərinin VIII Qurultayında irəli sürülüb və iştirakçılar tərəfindən dəstəklənib.

Gündəlikdə ayrıca Qazaxıstan-Vatikan təşəbbüsü olan “Sağalmaz xəstə uşağın hüquqları haqqında Xartiya”nın təqdimatı nəzərdə tutulur.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV