image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
BÖLGƏ

Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

07.10.2026, 14:51

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazir əvvəlcə Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Sonra Şəhər Rayon Polis Şöbəsinin inzibati binasında Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 263 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 258 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

userfiles/files/8e1b5cfa51da318.jpeg userfiles/files/f6cc5a4646964e2.jpeg userfiles/files/956281a2ab2568b.jpeg
...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV