image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
CƏMİYYƏT

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

12.10.2026, 11:26

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir çərçivəsində 10-dan çox ölkənin dövlət xidmətlərində innovasiyaların tətbiqi ilə bağlı uğurlu təcrübələri nümayiş etdirilib. Bununla yanaşı, süni intellekt agentlərinin dövlət xidmətlərinin göstərilməsi prosesində istifadəsinə, vətəndaş müraciətlərinin operativ cavablandırılmasına və xidmətlərin səmərəliliyinin artırılmasına verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.

Konfransda “ASAN xidmət” təcrübəsi, dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi, süni intellektdən istifadə, xidmətlərin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən təşəbbüslər barədə iştirakçı ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər məlumatlandırılıblar.

userfiles/files/919b0dd9c056d94.jpg
...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV