Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
12.10.2026, 12:56
Havanın temperaturu gecə 17-20, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturunun gecə 14-18, gündüz 23-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı ehtimal edilir.



TV