image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
MƏDƏNİYYƏT

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

12.10.2026, 14:19

 

Dövlət Turizm Agentliyindən bildirilib ki, “Acısı və şirini ilə 10-cu il – 10 qat ləzzət” mövzusuna həsr olunan festival Türkiyədən və digər ölkələrdən aşpazları, istehsalçıları, qastronomiya mütəxəssislərini və kulinariya həvəskarlarını bir araya gətirib.

Festival çərçivəsində Azərbaycanın milli stendində yerli məhsullar və milli mətbəx nümunələri təqdim olunub. Azərbaycanlı aşpazların hazırladığı ənənəvi yeməklər vasitəsilə ziyarətçilər ölkənin kulinariya irsi və mətbəx ənənələri ilə tanış olublar. Adana valisi Mustafa Yavuz Azərbaycan milli stendini ziyarət edib.

Tədbirdə Azərbaycanın qastronomiya turizmi imkanları, regional məhsulları və kulinariya ənənələrinin turizm təcrübəsindəki rolu diqqətə çatdırılıb.

Festivalın proqramına aşpaz təqdimatları, ustad dərsləri, müzakirələr və qastronomiyaya həsr olunmuş digər tədbirlər daxil olub.

Azərbaycanın festivalda iştirakı ölkənin milli mətbəxinin beynəlxalq auditoriyaya təqdim edilməsi, eləcə də Türkiyənin turizm sənayesi nümayəndələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərin davamıdır.

userfiles/files/ab88526890a2263.jpeg userfiles/files/b6a47f4b7d83a95.jpeg userfiles/files/258e131d319592a.jpeg
...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV