Konkur üzrə “Omar” kubokunun qalibləri müəyyənləşib
12.10.2026, 17:26
Təkrar yarışların nəticələrinə əsasən, Anar Hümbətov “Zirvə” atı ilə birinci yeri tutaraq baş kubokun sahibi olub. O, “Məğrur” atı ilə də çıxış edərək üçüncü nəticə göstərib. Cahangir Novruzbəyli “Naxış” atı ilə ikinci yeri tutub. Seyid Musayev “Parlaq” atı ilə dördüncü, Valeriya Roşenko isə “Fine Chocolate” adlı atla beşinci olub.
Hündürlüyü 130-135 santimetr olan maneələrin dəf edilməsi üzrə M* klas yarışlarında isə 7 konkurçu mübarizə aparıb. İlkin mərhələnin nəticələrinə görə, Anar Hümbətovun “Zirvə” atı üçüncü yeri tutub.
Seyid Musayevin “Zidane D” və Kənan Novruzovun “Miss Baloubet MNM” atları ilə çıxışları final mərhələsində gərgin mübarizə ilə yadda qalıb. Son sıçrayış zamanı ardıcıl iki maneəni aşıran Kənan Novruzov qələbə şansını itirərək ikinci yerlə kifayətlənib.
Beləliklə, M* klas yarışlarının qalibi Seyid Musayev olub.



TV