image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
İDMAN

FIFA-nın rəsmi saytı kiberhücuma məruz qalıb

26.11.2026, 16:35

 

Bu barədə “The Record” nəşri məlumat yayıb.

FIFA hadisə ilə bağlı yaydığı bəyanatda şəxsi məlumatların qanunsuz əldə edilməsini və yayılmasını qətiyyətlə pisləyib. Təşkilat bildirib ki, bu cür əməllər şəxsi həyatın toxunulmazlığının ciddi və yolverilməz şəkildə pozulmasıdır və zərərçəkənlər üçün ciddi nəticələrə səbəb ola bilər.

Qurumun məlumatına görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir.

“Handsome Boy Hacking Club” adlı haker qrupu 12 giqabaytdan çox məlumatı ələ keçirdiyini və uğursuz şantaj cəhdindən sonra həmin məlumatları yayımladığını iddia edib. Bununla belə, FIFA oğurlandığı bildirilən məlumatların həcmini təsdiqləməyib.

“Sky Sports”un jurnalisti Rob Harrisin məlumatına görə, hakerlər ali futbol qurumunun reallaşmayan “FIFA Forward Enterprise” (FFE) layihəsi ilə bağlı sənədlərə giriş əldə edə bilməyiblər.

Qeyd edək ki, iyul ayında FIFA prezidenti Canni İnfantino təşkilatın turnirlər üzrə kommersiya hüquqlarının idarə edilməsi məqsədilə FFE şirkətinin yaradılmasını təklif etmişdi. Plana əsasən, şirkətin səhmlərinin təxminən 20 faizinin investorlara 4,2 milyard dollara satılması nəzərdə tutulurdu. Layihə ilə bağlı tənqidlərdən sonra onun həyata keçirilməsindən imtina edilib.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV