image
image

"AZƏRBAYCAN TELEVİZİYA VƏ RADİO VERİLİŞLƏRİ" QAPALI SƏHMDAR CƏMİYYƏTİ

  • Xəbərlər
    • Rəsmi
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Bölgə
    • Mədəniyyət
    • İdman
    • Dünya
  • Haqqımızda
    • AzTV QSC
    • Hesabat
  • Əlaqə
  • Qızıl fond
image
image
image
BÖLGƏ

İşğaldan azad edilmiş ərazilərdə 15 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir

27.11.2026, 18:49

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.

Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızı Bazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, habelə Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.

Xocalı rayon Təzəbinə, Daşbulaq, Şuşakənd kənd körpələr evi-uşaq bağçası, Xocavənd rayon Xanoba kənd körpələr evi-uşaq bağçası, Ağdərə rayon Vəngli, Həsənriz, Aşağı Oratağ kənd körpələr evi-uşaq bağçasının yaxın günlərdə açılışının həyata keçirilməsi nəzərdə tutulur.

Yeni müəssisələrin istifadəyə verilməsi azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə əlçatanlığının artırılması və onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

...
  • imageƏsas səhifə
  • imageXəbərlər
  • imageTV