“Zəng” gəlir

“Zəng” gəlir

4 Sentyabr, 16:10 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Sabah” Yaradıcılıq Birliyi “Zəng” filminin çəkilişlərinə başlayıb.

Hüseynbala Mirələmovun və Dilsuz Mustafanın hekayələrinin motivləri əsasında işlənən filmin ssenari müəllifi və quruluşçu rejissoru Şərif Qurbanəliyev, quruluşçu operatoru Eldar Məmmədov, rəssamı Rafail Əlizadə, bəstəkarı Natiq Qəzənfəroğludur.

Filmdə Xalq artistləri Afaq Bəşirqızı, Səidə Quliyeva, Məbud Məhərrəmov, Cəfər Namiq Kamal, Əməkdar artistlər Fərhad İsrafilov, Qurban Məsimov, Mirzə Ağabəyli və başqaları rol alıblar. “Zəng” filminin prodüsseri Xalq artisti Ramiz Həsənoğludur.

Filmin bu ilin sonunda nümayişi nəzərdə tutulur.

Fotolar: Rüstəm İsmayılov

CANLI YAYIM