AzTV-nin paylaşımı Türkiyədə maraqla qarşılandı - Bir milyonluq baxış sayı

AzTV-nin paylaşımı Türkiyədə maraqla qarşılandı - Bir milyonluq baxış sayı

10 Avqust, 18:59 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının (AzTV) rəsmi “Facebook” səhifəsində Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım qardaş ölkə mediasında gündəm olub.

Türkiyənin məşhur xəbər saytlarının əksəriyyətində baxış sayı bir milyon olan, “Azərbaycanlı yanğınsöndürən Türkiyə bayrağını xilas edib” başlıqlı material haqqında məlumat dərc edilib.

Qeyd edək ki, AzTV-nin rəsmi səhifələrində paylaşılan həmin materialda Türkiyədəki dəhşətli meşə yanğınları ilə mübarizə aparan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti əks olunur. Videogörüntülərdə azərbaycanlı yanğınsöndürənlərdən biri Türkiyə bayrağını yanğından xilas etdiyini fəxrlə bildirir.  

 

CANLI YAYIM